26 yanvar 2016 18:00
Xəzər Lənkəran 1-ci divizion klubuna böyük hesabla uduzdu
Topaz Premyer Liqasına hazırlığı davam etdirən "Xəzər Lənkəran" bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, cənub klubu birinci divizion təmsilçisi "Şərurspor"la qarşılaşıb.
Qarşılaşma "Xəzər Lənkəran"ın 2:5 hesablı məğlubiyyəti ilə başa çatıb. "Ağ-yaşıllar"ın qollarını Elfad Baləhmədov və Zaman Mirzəyev vurublar.
