26 yanvar 2016 17:40
Elnur Cəfərov: Belə davam etsə, Rusiyaya yenə qalib gələcəyik
Azərbaycanın U-21 yığmasının yarımmüdafiəçisi Elnur Cəfərov Türkiyədə təşkil olunan Antalya Kuboku çərçivəsində Albaniya üzərində qazandıqları qələbəni (4:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Albaniyalı futbolçu matçın əvvəlində mənim ayağımı tapdaladı, mən isə onu itələdim. Görünür, bu, onun xoşuna gəlmədi. Daha sonra mənə qarşı kobud oynadı, hakim susdu. Yenidən kobudluq edəndə hakim ona xəbərdarlıq etdi. Bu hərəkətini növbəti dəfə təkrarlayanda isə hakim onu meydandan qovdu. Nəticədə, rəqib azlıqda qaldı. Qırmızı vərəqə olmasaydı, yəqin ki, hesab da belə böyük olmazdı. Layiqli və parlaq qələbə qazandıq. Komandada yaxşı atmosfer hökm sürür. Belə davam etsə, Rusiyaya yenə qalib gələcəyik".
