26 yanvar 2016 16:40
Alaves İsrafilovu almaqdan imtina edə bilər
İspaniyanın "Alaves" klubu Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun transferindən imtina edə bilər. Azerisport.az xəbər verir ki, buna səbəb futbolçunun müqavilə ilə məxsus olduğu "Real Mursiya"nın Eddiyə görə Sequnda Liqa təmsilçisindən çox pul tələb etməsidir.
Həmin məbləğ açıqlanmasa da, "Alaves"in bunu ödəmək istəmədiyi bildirilir. Hazrırda La Liqa təmsilçisi "Eybar"da icarə əsasında çıxış edən İsrafilovu transfer hüququ ilə birgə almaq istəyən "Alaves" məhz "Real Mursiya"nın süni əngəlləri səbəbindən bu sevdadan vaz keçə bilər.
Qeyd edək ki, Eddi müqavilə ilə 2017-ci ilin yayınadək "Real Mursiya"ya məxsusdur. (El Correo)
