26 yanvar 2016 16:20
Yaşar Vahabzadə: Hesab daha böyük ola bilərdi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Antalya Kubokunda bu gün Albaniyanın U-21 komandası ilə qarşılaşmasından sonra yığmamızın baş məşqçisi Yaşar Vahabzadə fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, 4:0 hesablı qələbəni blə şərh edib:
“Komanda olaraq yaxşı futbol oynadıq. Uşaqlar verdiyimiz tapşırıqları dəqiq yerinə yetirdilər. Birinci hissədə qol epizodlarımız oldu. Təəssüf ki, yararlana bilmədik. Fasilədən sonra qol imkanlarından istifadə etdik. Hesab daha böyük ola bilərdi. Sevindirici məqamlardan biri də qolların ikisinin dayaq yarımmüdafiəçisi, birinin isə müdafiəçi tərəfindən vurulmasıdır. Bu, onların hücamameyilli oyun nümayiş etdirməsindən irəli gəlir”. (AFFA)
