26 yanvar 2016 16:00
Kəpəzin Ağsu ilə oyunu baş tutmadı
"Kəpəz"in bu gün birinci divizion təmsilçisi "Ağsu" ilə yoxlama oyunu keçirməyi planlaşdırdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, qarşılaşma bu gün "Dalğa Arena"da keçirilməli və saat 12:30-da start götürməli idi.
Amma qarşılaşma baş tutmayıb. Buna səbəb ölkə ərazisindəki qeyri-sabit və qarlı hava şəraitidir.
