26 yanvar 2016 15:40
Sumqayıtın əvəzediciləri Neftçi ilə oyunun hazırlığına başladı
"Sumqayıt"ın əsas komandası kimi, əvəzediciləri də mövsümlərası fasilənin təlim-məşq toplanışını başa vurub. Azerisport.az xəbər verir ki, komanda iki günlük istirahətin ardından isə növbəti turda baş tutacaq "Neftçi" ilə oyunun hazırlığa start verib.
Rövşən Babayevin rəhbərlik etdiyi komanda qarlı havada çalışmalarını davam etdirib. Yaxın günlərdə əvəzedici komanda heyətəni bir qədər də gücləndirəcək. Heyətə cəlb olunacaq yeni futbolçular barəsində klubun rəsmi saytında məlumat veriləcək.
Qeyd edək ki,"Sumqayıt"ın əvəzediciləri "Neftçi" ilə yanvarın 29-da səfərdə qarşılaşacaq. (klub saytı)
