26 yanvar 2016 14:20
Azərbaycan Rusiya ilə hansı stadionda qarşılaşacaq?
AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Rusiyanın U-21 yığmaları arasında keçiriləcək oyunun məkanı müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılaşma Rostovdakı "Olimp-2" stadionunda baş tutacaq. Oyun martın 24-də keçiriləcək.
Qeyd edək ki, bu komandalar arasında Bakıda baş tutmuş oyunda millimiz rusları 3:0 hesabıyla məğlub etmişdi.
