26 yanvar 2016 13:40
Tuyqun Nadirov: AFFA-ya 600 min manat borcumuz var
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov bəyan edib ki, klubun fəxri prezidenti Mübariz Mənsimovla heç bir danışıq aparmayıblar. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovdur. Sponsorumuzun işləri normal gedir. Sadəcə, pulla bağlı problemlər var. Sponsorumuzun partnyorları 6-7 ayın borcunu ödəməyib. AFFA-ya 600 min manat borcumuz var. Bizə isə milyon yarım borcu olanlar var. Biz də klubun yaşaması üçün çalışırıq".
