26 yanvar 2016 13:00

Tərlan Quliyev: Texniki qüsurlarımızın üzərində işləməliyik

“Neftçi” ilə oyun yoxlama matçı olduğundan çempionat əhəmiyyətli deyildi. Əsas Premyer Liqa oyunlarıdır. Bununla belə, toplanışda olduğumuzdan belə görüşləri keçirməyin əhəmiyyəti var”. Azerisport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Tərlan Quliyev deyib.

Klub saytına açıqlama verən müdafiəçi Bakıda “Neftçi” ilə keçirilən yoxlama oyunundan danışıb: “Gərgin oyun oldu. Meydanda mübarizə vardı. Hər iki komanda meydana optimal heyətlə çıxmamışdı. Buna baxmayaraq, maraqlı oyunun şahidi olduq. Bu sınaq matçının bizə faydası çox oldu”.

Premyer Liqa oyunları çərçivəsində “Kəpəz” və “Neftçi” klubları iki dəfə üz-üzə gəlib və iki qarşılaşma heç-heçə ilə nəticələnib. Birinci dövrədə Bakıda reallaşan matçdan qolsuz bərabərliklə ayrılan tərəflərin Gəncədəki duelində komandalar hərəyə bir qol vurub: “Meydanda çempionat matçında olduğu kimi aqressiv oynamadıq. Çünki bu adi yoxlama matçı idi. Görüşə də rahat çıxmışdıq. Əvəzində səhvlərimizi gördük. Texniki qüsurlarımızın üzərində işləməliyik”.

Bakı klubu ilə görüş qış hazırlığı dövründə “Kəpəz”in üçüncü yoxlama oyunu olub. “Neftçi”dən öncə Yevlaxdakı təlim-məşq toplanışında əvəzedicilərlə oynayan (6:0) “sarı-göylər” daha sonra Bakıda “Qaradağ Lökbatan”a (1:2) uduzub. Bu gün isə Gəncə klubu aşağı divizionun digər təmsilçisi “Ağsu” ilə qarşılaşacaq: “Neftçi” yoxlama oyunlarında rəqiblərimiz arasında ən güclüsüdür. Bu komandanın gücünü hamı yaxşı bilir. Düzdür, digər matçlar da ağır oldu. Hər halda əvvəlki iki görüşü fiziki hazırlıqdan dolayı yorğunluq fonunda keçirmişdik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.