26 yanvar 2016 12:20
Kəpəz bu gün daha bir yoxlama oyunu keçirəcək
“Neftçi” ilə yoxlama oyunundan sonra bir günlük istirahətə buraxılan “Kəpəz” ötən gün məşqləri bərpa edib. Azerisport.az xəbər verir ki, komanda bir məşqlə kifayətlənib. Futbolçular taktiki və texniki hazırlıq üzərində işləyib.
“Sarı-göylər” bu gün daha bir yoxlama oyunu keçirəcək. Gəncə klubunun rəqibi birinci divizionun təmsilçisi “Ağsu” olacaq. Görüş “Dalğa Arena”da keçiriləcək.
