26 yanvar 2016 12:40
Qarabağ AZAL-la oyunun hazırlığına bu gündən başlayır
Türkiyədəki təlim-məşq toplanışını başa vuran "Qarabağ" artıq Bakıdadır. Azerisport.az xəbər verir ki, qış fasiləsi zamanı Antalyaya yollanan komanda 20 günlük hazırlığı başa vurub.
Yanvarın 23-də sonuncu yoxlama oyunlarına çıxan komanda Antalya – İstanbul – Bakı reysiylə vətənə qayıdıb. Baş məşqçi Qurban Qurbanov ötən gün futbolçulara istirahət vermişdi. Bu gündən isə komanda Premyer Liqanın növbəti turunda qarşılaşacağı AZAL ilə oyunun hazırlıqlarına başlayacaq. (klub saytı)
