26 yanvar 2016 11:40

Bədavi Hüseynov: Qarabağ tam hazırdır

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi

- Komandanız Türkiyə toplanışına yaxşı başlamışdı. İlk iki yoxlama oyununda Almaniyanın "Rot Vayss" (1:0) və Macarıstanın "Diosqyor" (4:0) klublarına qalib gəlmişdiniz.
- Türkiyədə yaxşı rəqiblərə qarşı oynadıq. Amma bu oyunlarda əsas məqsədimiz komandadakı durumun, futbolçular arasındakı anlaşmanın hansı səviyyədə olduğunu müəyyənləşdirmək idi. Üstəlik, yeni futbolçuların komandaya uyğunlaşmasına da çalışırdıq.

- Yeri gəlmişkən, Antalyadakı görüşlərdə yeni transferlərinizdən həm Rahid Əmirquliyev, həm də Muarem Muarem qol vurmağa nail oldu...
- Onlar bizim oyun üslubumuza kifayət qədər tez alışdılar. Muarem onsuz da komandamız üçün tanış futbolçudur, əvvəllər burada oynayıb. Bu üzdən də ona çox asan oldu. Rahid də "Qarabağ"ın oyun stilinə tez uyğunlaşdı. Üstəlik, onun güclü tərəflərini yaxşı bilirik. Onların hər ikisi komandaya böyük fayda verəcək.

- Yeni futbolçularınızdan biri də qapıçı Şahruddin Məhəmmədəliyevdir. Sizin dostunuz olan bu gənc qapıçının Ağdam klubunda "bir nömrə" olacağına inanırsınız?
- Onun "Qarabağ"a gəlməsinə mən də şadam. Gənc və perspektivli qapıçıdır, gənclərdən ibarət yığma komandamızda sabit çıxış edir. Bu tempdə öz üzərində çalışmağa davam etsə, onu yaxşı gələcək gözləyir.

- "Qarabağ"ın çempionata hazır olduğunu söyləmək olar?
- Hələ üzərində çalışmalı olduğumuz məqamlar var. Amma bütövlükdə götürsək, tam hazırıq.

- Əsas rəqibiniz hesab olunan "Qəbələ" də Türkiyədə yaxşı toplanış keçdi. Son yoxlama matçında Ukrayna "Dnepr"inə uduzsalar da (0:1), İsveçrə "Sürix"inə darmadağınla (4:0) qalib gəldilər...
- Onların hazırlığını izləyirdim. Üstəlik, arada "Qəbələ"dəki tanış futbolçularla söhbət edirik. Onların sözlərinə görə, komandada əla atmosfer var. Çempionata ciddi hazırlaşıblar.

- "Qarabağ"ın bir gündə keçirdiyi son iki yoxlama oyunundan məğlub ayrılması nə ilə bağlı idi?
- Son yoxlama oyunları həm də ən çətin olur. Çünki yorğunluq ən yüksək həddə olur. Bir gündə iki matça çıxdıq. Uşaqların hər biri öz bacarığını nümayiş etdirmək imkanı qazandı. Fikrimcə, məğlub olmağımıza baxmayaraq, yaxşı oynadıq.

- Azərbaycandakı böhran ölkə futbolundan da yan keçmədi. Hazırda futbolçularına 400-500 manat pul ödəyən klublar var. Bu, sizi narahat etmir?
- Baş verənləri görmək, izləmək çox ağırdır. Çox istəyərdim ki, tezliklə hər şey normallaşsın. Ona görə də hər kəsə səbr diləyirəm. Ümid edirəm ki, hamımız birgə bu vəziyyətdən çıxa biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.