26 yanvar 2016 11:20
Anar Nəzirov: Ümid edirəm ki, bunun bəhrəsini çempionatda görəcəyik
"Zirə"nin qapıçısı Anar Nəzirov komandasının Türkiyə toplanışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırlığın ilk beş gününü Bakıda keçirdik, ardından isə Türkiyəyə yollandıq. Hazırlıq çox yaxşı keçdi. Ümid edirəm ki, bunun bəhrəsini çempionatda görəcəyik. Antalyada keçirdiyimiz yoxlama oyunlarına gəlincə, onlara ağır məşqlərin fonunda çıxırdıq. Bu oyunlarda əsas məqsədimiz komandanın hansı vəziyyətdə olduğunu öyrənmək idi. Son oyunumuzu Rumıniya klubuna ("Tırqu-Mureş") qarşı keçirdik. Hər iki tərəf üçün maraqlı oyun alındı. Əlbəttə, qələbə (1:0) xoş oldu. Amma bu görüşdəki əsas hədəfimiz qələbə qazanmaq deyildi".
