26 yanvar 2016 11:00
Rasim Ramaldanov: Burada oynamaq Türkiyəyə getməkdən daha yaxşıdır
Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın sabiq müdafiəçisi Rasim Ramaldanov "Sumqayıt"a keçidi barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sumqayıt"la razılığa gəldim və mövsümün sonuna kimi müqavilə bağladım. Ümid edirəm ki, bu işbirliyi həm kluba, həm də mənə faydalı olacaq. "Xəzər Lənkəran"dan ayrılandan sonra bir sıra variantlar var idi. Hətta Türkiyəyə də gedə bilərdim. Amma sonda "Sumqayıt"ı seçdim. Fikrimcə, burada oynamaq Türkiyəyə getməkdən daha yaxşıdır. "Sumqayıt" mənim əvvəlki formamı bərpa etməyimə və yığmaya qayıtmağıma kömək edəcək".
