Azərbaycan Albaniyanı da darmadağın etdi
Türkiyədə təşkil olunan Antalya Kubokunda iştirak edən Azərbaycanın U-21 yığması bu gün üçüncü oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Yaşar Vahabzadənin çalışdırdığı millimiz bu dəfə Albaniya ilə qarşılaşıb.
Qarşılaşmanın ilk yarısında hesab açılmayıb. Amma ikinci hissədə rəqib qapısından 4 cavabsız top keçirən millimiz növbəti darmadağına sevinib.
Xatırladaq ki, millimiz bu turnirdəki əvvəlki oyunlarında öncə Ukraynaya (2:1), daha sonra isə Səudiyyə Ərəbistanına (3:0) qalib gəlmişdi.
Antalya Kuboku
26 yanvar
Azərbaycan - Albaniya - 4:0 (0:0)
Qollar: Vüqar Mustafayev, 63 (1:0). Azər Salahlı, 74 (2:0). Kamal Mirzəyev, 80 (3:0). Kamran Abdullazadə, 90 (4:0).
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Azər Salahlı, Məqsəd İsayev, Elnur Cəfərov, Kamal Mirzəyev, Namiq Ələsgərov, Taşkın İltər, Vüqar Mustafayev, Adil Nağıyev, Sadiq Quliyev.
Turnir cədvəlindəki vəziyyət belədir: Azərbaycan - 9 xal, Albaniya - 4, Ukrayna - 3, Səudiyyə Ərəbistanı, Bəhreyn, Kosovo - 1.
