26 yanvar 2016 00:20
Alaves Eddi İsrafilovun transferini demək olar ki, həll edib
İspaniyanın "Alaves" klubu Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun transferini demək olar ki, həll edib. Azerisport.az xəbər verir ki, Sequnda liqada çıxış edən klub "Real Mursiya"ya məxsus olan, amma icarə əsasında La Liqa təmsilçisi "Eybar"da oynayan Azərbaycan millisinin üzvünü həftənin sonuna qədər heyətinə qatmaq istəyir.
Hazırda sözügedən klublar arasında bu transferlə bağlı danışıqlar davam edir. Böyük ehtimalla Eddini tezliklə yeni klubunda görəcəyik.
Qeyd edək ki, "Alaves" Sequnda liqanın lideridir və La Liqaya çıxmağa əsas namizədlərdən hesab olunur.
