26 yanvar 2016 00:10
Elşən Rzazadə: Başqa təkliflərlə maraqlanmıram
"Xəzər Lənkəran"la yollarını ayıran gənc yarımmüdafiəçi Elşən Rzazadə hələ də özünə yeni klub tapa bilməyib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ ki, heç bir yenilik yoxdur. Fərdi qaydada məşq edirəm ki, formamı itirməyim. "Xəzər Lənkəran"la hələ danışmamışam. Başqa klubların da təklifləri ilə maraqlanmıram. Çünki "Xəzər Lənkəran"la məsələmiz açıq qalır. Hələ də klubsuzam. Necə olacağını özüm də bilmirəm".
