26 yanvar 2016 00:05
Xəzər Lənkəranın sabiq qapıçısı Polşa klubuna keçir
"Xəzər Lənkəran" və "Simurq"un sabiq qapıçısı Pavel Kapsa karyerasını vətənində davam etdirə bilər. Azerisport.az xəbər verir ki, "Xəzər Lənkəran"dan ayrılandan sonra klubsuz qalan qolkiper Polşanın "Miedz Leqniça" komandasında çıxış etməyə hazırlaşır.
Bu komanda hazırda ölkənin birinci divizionunda çıxış edir. Kapsa baxışdan uğurla keçə bilsə, onunla müqavilə imzalanacaq.
