26 yanvar 2016 00:00
Erat darmadağında iştirak etdi
Almaniyanın "Fortuna" klubunun ikinci komandası yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası Almaniyanın digər klubu "Bonner"lə qarşılaşıb.
Matç Düsseldorf təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat 62-ci dəqiqədə əvəzlənib.
