25 yanvar 2016 19:00
Sumqayıt millimizin sabiq üzvünü transfer edir
Azərbaycan yığmasının sabiq müdafiəçisi Rasim Ramaldanov "Sumqayıt"a keçir. Azerisport.az xəbər verir ki, hazırda tərəflər arasında danışıqlar gedir.
Demək olar ki, bütün məsələlərdə razılıq əldə olunub. Böyük ehtimalla sabah yekun qərar veriləcək.
Qeyd edək ki, Ramaldanovun son klubu "Xəzər Lənkəran" olub.
