25 yanvar 2016 18:40
Qəbələnin sabiq oyunçusu Rumıniya klubunda
"Qəbələ"nin sabiq futbolçusu Adrian Ropotan özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra vətəni Rumıniyada çıxış edəcək.
28 yaşlı yarımmüafiəçi "Panduri" ilə anlaşıb. Tərəflər bir illik müqavilə imzalayıblar.
Qeyd edək ki, Ropotan ötən mövsüm "Qəbələ"də çıxış etmişdi.
