25 yanvar 2016 17:40
Şahruddin Məhəmmədəliyev: Qarabağa keçidim irəliyə doğru addımdır
"Qarabağ"ın yeni transferi Şahruddin Məhəmmədəliyev Ağdam klubuna keçidindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ı seçdiyimə görə şadam. Bu, doğrudan da sevindiricidir. Çünki belə güclü bir komandaya keçmişəm. Hər kəsin öz hədəfi, arzusu olur. Mənim də hədəfim yüksəlməkdir. "Qarabağ"a keçidimi irəliyə addım saymaq olar. Ümid edirəm ki, bu komandadakı karyeram mənim üçün çox yaxşı alınacaq".
