25 yanvar 2016 17:20

Aleksey Qay: Qəbələ xal itkilərini minimuma endirməlidir

"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qayın azerisport.az saytına müsahibəsi

- Ukrayna "Dnepr"i ilə yoxlama oyununuz barədə nə deyə bilərsiniz?
- Bu komandada çıxış etdiyim dövrdən çox vaxt keçib. Orada çox şey dəyişib. Amma oradakı bəzi şəxslərlə yenidən görüşmək xoş oldu. Yaxşı ifaçılara malik çox ciddi rəqibə qarşı mübarizə apardıq. Bizdən öncəki yoxlama oyunlarında məğlub olmaları heç nədən xəbər vermirdi. Bizimlə görüşdə oynamağı və qələbə qazanmağı bacardıqlarını göstərdilər.

- Bəs "Qəbələ" nəyi göstərdi?
- Əlbəttə, nəticə bizim istədiyimiz kimi olmadı. Amma bu oyunda çoxlu qol vəziyyəti yaratdığımızı nəzərə alsaq, matçı bizim aktivimizə yazmaq olar.

- Başa çatan Türkiyə toplanışını necə qiymətləndirərdiniz?
- Yaxşı, məhsuldar toplanış oldu. Fikrimcə, çempionatın qalan dövründə bu toplanışın faydasını görəcəyik.

- İkinci dövrədə qol epizodlarından yararlanmaqla bağlı ciddi problemləriniz var idi. İsveçrə "Sürix"i ilə yoxlama oyununda dörd qol vurduğunuzu nəzərə alsaq, bu problemin geridə qaldığını söyləmək olar?
- Buna həm ümid edirəm, həm də inanıram. Biz buna qadirik. İnanıram ki, bu problemi də yoluna qoyacağıq.

- Deməli, qarşıdakı oyunlarda ikinci dövrədəki kimi tez-tez xal itirməyəcəksiniz?
- Bundan heç kim sığortalanmayıb. Hətta ən yaxşı komplektləşmiş komanda da. Hər şeyə rəğmən, biz çempionluq uğrunda mübarizəmizi davam etdiririk. Sadəcə, bundan sonra xal itkilərini minimuma endirməyə çalışmalıyıq.

- Komandanız çox az transfer etdi. Bu, yaxşı, yoxsa pis göstərici sayılmalıdır?
- Bunu rəhbərlikdən soruşmağınız yaxşı olardı. Çünki transfer məsələlərini onlar həll edirlər. Mən sadəcə, onu deyə bilərəm ki, komanda yoldaşlarınla nə qədər uzun vaxt keçirirsənsə, onları daha yaxşı tanımaq imkanı qazanırsan. Bilirsən ki, kim hara qaçacaq, kim hansı addımı atacaq. Bu, təbii ki, komandanın ümumi çıxışına da təsirsiz ötüşmür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.