25 yanvar 2016 16:20
Roman Qriqorçuk Pavel Paşayevin transferinə razılıq verdi
Ukraynanın "Metallurq" (Zaporojye) klununun və Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayev "Qəbələ"yə keçməyə yaxındır. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis Türkiyə toplanışı zamanı məşqlərdə və yoxlama oyunlarında sınayıb bəyəndiyi futbolçunun transferinə razılıq verib.
Yaxın günlərdə Paşayevlə neçə illik müqavilə imzalanacağına da aydınlıq gələcək.
