25 yanvar 2016 15:30
Neftçi Məqsəd İsayevi milli komandadan ayırmaq istəyir
"Neftçi"nin məşqçilər korpusu Azərbaycanın U-21 yığmasının düşərgəsində olan Məqsəd İsayevi geri qaytarmağa çalışır. Azerisport.az xəbər verir ki, millimiz hazırda Türkiyədə təlim-məşq toplanışındadır və eyni zamanda Antalya Kubokunda qüvvəsini sınayır.
Millimiz turnirdəki son matçını yanvarın 28-də keçirəcək. "Neftçi" isə ayın 30-da keçiriləcək "Sumqayıt"la Premyer Liqa oyununa daha yaxşı hazırlaşmaq üçün Məqsədin millinin düşərgəsindən daha tez qayıtmasına nail olmaq istəyir. Hazırda "ağ-qaralar" bunun üçün U-21-in baş məşqçisi Yaşar Vahabzadənin razılığını almağa çalışır. O, razı olsa, İsayev sabah baş tutacaq Azərbaycan - Albaniya matçından sonra yığmamızın düşərgəsini tərk edəcək və Bakıda qayıdacaq.
