25 yanvar 2016 15:15
Rəşad Sadiqovun zədəsi ciddi deyilmiş
Ukraynanın "Dnepr" klubu ilə ötən gün baş tutan yoxlama oyunu "Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov üçün uğursuz alınmışdı. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu komandasının 0:1 hesabıyla uduzduğu görüşü erkən başa vurmalı olmuşdu.
Belə ki, ilk yarıda rəqib qapıçı ilə toqquşan futbolçu başından zərbə aldığı üçün əvəzlənmək məcburiyyətində qalmışdı. Amma həkim müayinəsindən sonra onun heç bir ciddi probleminin olmadığı müəyyənləşib. Sadiqov artıq sabahdan etibarən məşqlərə başlaya biləcək.
