25 yanvar 2016 14:45
Nazarov oynadı, Karlsrue qalib gəldi
Almaniyanın "Karlsrue" klubu növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası Almaniyanın digər klubu "Frayburq"la qarşılaşıb.
Matç "Karlsrue"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Nazarov bu matçın ikinci yarısından etibarən meydanda olub.
