25 yanvar 2016 14:30

Klub İdarəetmə Proqramının ilk sessiyası baş tutdu

Almaniyanın Münhen şəhərində Avropa Klublar Assosiasiyasının (ECA) Klub İdarəetmə Proqramının ilk sessiyası təşkil olunub. Azerisport.az xəbər verir ki, 18-20 yanvar tarixlərində qitənin məşhur stadionlarından hesab olunan “Alyans Arena”da baş tutmuş Proqramın ilk sessiyasında klublarda rəhbərlik və idarəetmə strategiyası əsas mövzu olub.

ECA-nın “Marketinq və Kommunikasiya üzrə İşçi Qrupu”nun üzvü, “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədovun da dəvət olunduğu tədbirdə Avropanın 29 futbol Assosiasiyasından ümumilikdə 40 təmsilçi iştirak edib.

Görüşün ilk günü Avropa Klublar Assosiasiyasının (ECA) sədri Karl-Haynz Rummenige və qurumun baş katibi Mişel Centenaro Proqramın məqsədləri haqqında geniş məlumat veriblər. Daha sonra iştirakçılar “Klub İdarəetmə Proqramı”nın meneceri Olivye Yaroşun təqdimatında proqramın tərkibi ilə ətraflı tanış olublar.

Təbdirdə Avropa Klublar Assosiasiyasına üzv klublardan - “Bazel” FK-nın sədri Bernard Hasler, “Mançester Siti” klubunun icraçı direktoru Ferran Soriano, “Brügge” klubunun sədri Bart Verhage və başqaları mühazirələrində futbol təsərrüfatı haqqında təcrübələrini iştirakçılarla bölüşüb və bu mövzuda qrup müzakirələri təşkil olunub. Seminarın sonunda iştirakçılar üçün “Allianz Arena” stadionunda tur təşkil edilib.

Qeyd edək ki, klub idarəetməsinin müxtəlif sahələrinə dair biliklərin qazanılması məqsədi ilə keçirilən “Klub İdarəetmə Proqramı”nın icrası hər biri 2 gündən ibarət olmaqla 6 seminara bölünüb. “Klub İdarəetmə Proqramı”nın növbəti seminarı 22-23 mart tarixlərində Fransanın Lion şəhərində keçiriləcək. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.