25 yanvar 2016 14:15

Yaşar Vahabzadə: Millinin daha yaxşı futbol oynamasını istəyirəm

Azərbaycanın U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadənin azerisport.az saytına müsahibəsi

- Antalya Kubokundakı ikinci oyunda Səudiyyə Ərəbistanı üzərində darmadağına (3:0) sevindiniz. Oyun barədə nə deyə bilərsiniz?
- Nəticədən razı qaldım. Amma sərgilədiyimiz oyun tam xoşuma gəlmədi. Uşaqlardan daha artığını gözləyirdim.

- Bəs belə oyun sərgiləməyinizin səbəbi nədir?
- Əsas səbəblərdən biri güclü külək idi. Bununla yanaşı, ötürmələrdə çoxlu səhvlərə yol verirdik.

- Bəlkə rəqibin ilk dəqiqələrdən azlıqda qalması və erkən qol vurmağımız komandamızı arxayınlaşdırdı?
- Buna inanmıram. Amma böyük ehtimalla bunun da təsiri oldu. Baxmayaraq ki, uşaqlara arxayınlaşmamağı tapşırmışdım. Sadəcə, gənc futbolçulara bunu izah etmək o qədər də asan deyil. Hesabda öndə olan futbolçularımız rəqibin də azlıqda olduğunu görüncə elə bilirlər ki, qələbə təmin olunub.

- İstənilən halda, millimiz iki oyundan maksimum nəticə ilə Antalta Kubokunun lideridir...
- Bu, sevindirməyə bilməz. Amma nəticələrimizdən asılı olmayaraq, daha yaxşı futbol sərgiləməyə çalışmalıyıq. Turnir hədəflərimizə gəlincə, növbəti matçlardan da qalib ayrılmağa çalışacağıq.

- Deməli, kuboku və mükafat fondunu qazanmaq istəyiniz var?
- Bəli, niyə də olmasın? Yaxşı oynayıb, qələbə qazanmağa davam etsək, vətənə kubokla qayıda bilərik.

- Bu toplanışı millimiz üçün necə qiymətləndirərdiniz?
- Görülən işdən razıyam. Uşaqlar məşqlərə və oyunlara ciddi yanaşırlar.

- Azərbaycanın AÇ-2017-nin seçmə mərhələsindəki rəqibi - Rusiya yığması da Birlik Kubokunun qalibi oldu...
- Bilirəm. Məndə olan məlumata görə, Rusiya yığması bu turnirə bir sıra yeni futbolçularla qatılıb. Ramil Şeydayev də komandada olub. Buna baxmayaraq, onlar turnirin qalibi adını qazanıblar. Deməli, Rusiya Azərbaycanla matça ciddi hazırlaşır. Maraqlı faktlardan biri də odur ki, ruslar qrupdakı bütün rəqiblərinə 2:1 hesabıyla qalib gəlib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.