25 yanvar 2016 13:30
Qəbələ baxışa braziliyalı futbolçu çağırdı
"Qəbələ" baxışa daha bir futbolçu dəvət edib. Azerisport.az xəbər verir ki, adı açıqlanmayan həmin oyunçunun Braziliyadan gəldiyi bildirilir.
Sözügedən oyunçu Ukrayna "Dnepr"i ilə ötən gün baş tutan yoxlama oyunundan öncə "Qəbələ"nin düşərgəsinə qoşulub. Amma baş məşqçi Roman Qriqorçuk onu meydana buraxmayıb. Lakin futbolçunun komanda ilə birgə Azərbaycana gəldiyi iddia olunur.
