25 yanvar 2016 13:00
Millimiz Antalya Kubokunda vahid liderdir
Türkiyədə təşkil olunan və Azərbaycanın 21 yaşadək futbolçularının da qatıldığı Antalya Kuboku davam edir. Azerisport.az xəbər verir ki, keçirdiyi ilk iki oyununda qələbə qazanan millimizin rəqibləri də bir neçə oyuna çıxıb.
Belə ki, Ukrayna (U-21) yığması Kosovo (U-20) üzərində 2:0 hesablı qələbəyə sevinib. Albaniya (U-21) isə Bəhreynə (U-20) 1:0 hesabıyla qalib gəlib.
Qeyd edək ki, Azərbaycan yığması startda Ukraynaya 2:1, ardından isə Səudiyyə Ərəbistanına (U-20) 3:0 hesabıyla qalib gəlmişdi. Yığmamız turnirdə növbəti oyununu yanvarın 26-da, Bakı vaxtı ilə saat 13:00-da Albaniyanın U-21 komandasına qarşı keçirəcək.
Turnir cədvəli: Azərbaycan - 6, Albaniya - 4, Ukrayna - 3, Səudiyyə Ərəbistanı, Bəhreyn, Kosovo - 1.
