25 yanvar 2016 12:30
Sumqayıt Qaradağ Lökbatanla heç-heçəyə razılaşdı
"Sumqayıt"ın əsas komandası kimi, əvəzedicilər də çempionatın 3-cü və 4-cü dövrəsi üçün hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, sözügedən komanda növbəti yoxlama oyununu keçirib.
Rövşən Babayevin rəhbərlik etdiyi komanda "Qaradağ Lökbatan"la 2:2 hesablı heç-heçəyə imza atıb. Bu oyunda "Sumqayıt"dan Emil Həsənzadə və Bayram Nuruzadə vurub. (klub saytı)
