25 yanvar 2016 00:45
Saşa Yunisoğlunun dublu Rəvana qələbə qazandırdı
Topaz Premyer Liqasının qalan iki dövrəsinə hazırlığı davam etdirən "Rəvan" yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun rəqibi birinci divizion təmsilçisi "Qaradağ Lökbatan" lub.
Qarşılaşma "Rəvan"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bakılıların heyətində müdafiəçi (!) Saşa Yunisoğlu dubla imza atıb.
