25 yanvar 2016 00:15
Rauf Əliyev: Təəssüf ki, bərpa prosesi uzanır
"İnter"in hücumçusu Rauf Əliyev zədədən sonrakı bərpa prosesinin gedişi barədə açıqlama verib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Türkiyə toplanışı dövründə komanda ilə birgə oldum. Amma hələ ümumi qrupda məşq edə bilmirəm. Sadəcə, komandanın məşqini kənardan izləməklə fərdi hazırlaşırdım. Təəssüf ki, bərpa prosesi uzanır. Böyük ehtimalla, meydana tez qayıda bilməyəcəyəm. Bu, təxminən aprel ayına çəkəcək".
