24 yanvar 2016 18:00
Eddi İsrafilovsuz Eybara 5 qol vurdular
İspaniya La Liqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Atletik"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə 2:5 hesablı məğlubiyyətlə üzləşib. İsrafilov bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Eybar" hazırda 33 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
