24 yanvar 2016 16:00
Şahruddin Məhəmmədəliyev: Ümid edirəm ki, son üç oyunda da uğurlu çıxış edəcəyik
Azərbaycanın U-21 yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev Antalya Kuboku çərçivəsində Ukraynaya qarşı keçirilmiş ilk oyundan (2:1) danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Turnirin startında Ukrayna üzərində qələbə qazandıq. İlk qolu biz buraxsaq da, sonradan toparlana və Namiq Ələsgərovun gözəl qolu sayəsində qələbə qazana bildik. O, çətin zədədən sonra yenidən yaşıl meydana qayıda bildi və bu görüşdə çox yaxşı oyun sərgilədi. Prinsipcə, Azərbaycanda hər kəs Namiqin necə oynadığını yaxşı bilir. Qarşıda bizi daha üç oyun gözləyir. Ümid edirəm ki, uğurlu çıxış edə biləcəyik".
