Orxan Sadıqlı Rəvanı seçib, XL azarkeşlərinə səsləndi
"Xəzər Lənkəran"ın sabiq qapıçısı Orxan Sadıqlı özünə yeni klub tapıb. Azerisport.az saytına açıqlamasında bunu futbolçunun özü söyləyib:
"Rəvan"la razılığa gəldim. Mövsümün sonunadək bu komandada çıxış edəcəyəm. Bu klubu ona görə seçdim ki, başqa komandada ehtiyatda oturmaq istəmirəm. Bu klubda isə sabit oynayacağam. Əlbəttə, pul da vacibdir. Lakin mən oynamaq istəyirəm. Ümid edirəm ki, "Rəvan"a faydam dəyəcək".
Sadıqlı "Xəzər Lənkəran" azarkeşlərinə də müraciət edib: "Xəzər Lənkəran" azarkeşlərinə dəstəyə görə təşəkkürümü bildirirəm. Allah eləsin ki, nə vaxtsa yenidən bu komandanın şərəfini qoruyum. Qoy həmişə öz komandalarını dəstəkləsinlər. Futbolçular gəldi-gedərdilər. "Xəzər Lənkəran"ı tərk etmək istəmirdim. Amma elə məsələlər var ki, onları nə mətbuat bilir, nə də azarkeşlər. Mən bu komandaya yenə qayıdacağam".
