24 yanvar 2016 11:00
Yığmamızın rəqibi ən güclü oldu
Azərbaycanın U-21 yığmasının AÇ-2017-nin seçmə mərhələsi çərçivəsindəki rəqibi - Rusiya Sankt-Peterburqda təşkil olunan Birlik Kubokunun qalibi olub. Azerisport.az xəbər verir ki, şimal qonşularımız finalda Moldovaya 4:2 hesabıyla qalib gəliblər.
Qeyd edək ki, Rusiya və Azərbaycan U-21-ləri martın 24-də qarşılaşacaq. Bu komandalar arasında Bakıda keçirilmiş oyun millimizin 3:0 hesablı qələbəsi ilə bitmişdi.
