24 yanvar 2016 20:55

Qəbələ Dneprə məğlub oldu

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” bu gün qardaş ölkədə son yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, yanvarın 10-dan Antalyada təlim-məşq toplanışında olan “qırmızı-qaralar” 3-cü sınağında Ukraynanın “Dnepr” klubu ilə görüşüb.

Qonşu ölkədə Almaniyanın “Osnabryuk” (1:1) və İsveçrənin “Sürix” (4:0) klubları ilə qarşılaşan Roman Qriqorçukun yetirmələri yanvarın bu matç ilə hazırlıqları tamamlayıb. Ayın 25-də vətənə dönəcək komanda “Dnepr”lə qarşılaşmada məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, Ukraynanın 3 ən titullu klubundan biri olan “Dnepr” Miron Markeviçin baş məşqçiliyi altında qış fasiləsinə 4-cü pillədə yollanıb. Ötən mövsüm ölkə çempionatında 3-cü olan Dnepropetrovsk klubu UEFA Avropa Liqasının finalınadək irəliləyib. Əsası 1918-ci ildə qoyulan komanda SSRİ dövründə 2 çempionluq, 1 kubok, 1 Superkubok sevinci yaşayıb. Bundan başqa, çempionatda 2 gümüş və 2 bürünc qazanan “Dnepr” 2 dəfə Federasiya kubokuna sahib çıxıb. "Qəbələ"nin rəqibi 1 dəfə bu turnirdə, 1 dəfə isə Superkubokda həlledici oyunda uduzub. Ukrayna çempionatlarında 2 gümüş və 6 bürünc əldə edən Dnepropetrovsk təmsilçisi kubokun finalında 3 dəfə çıxış edib.

Yoxlama oyunu
24 yanvar

“Qəbələ” – “Dnepr” - 0:1 (0:1)
Antalya. “Gloria Sport Arena”.

"Qəbələ"nin start heyəti: Dmitri Bezotosnı, Arif Daşdəmirov, Rafael Santos, Voyislav Stankoviç, Məhəmməd Mirzəbəyov, Vadim Abdullayev, Aleksey Qay, Rəşad Eyyubov, Aleksey Antonov, Ermin Zets, Dodo.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.