24 yanvar 2016 00:25
Qəbələ Antalyadakı 14-cü gününü bir məşqlə başa vurdu
2015/16 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 14-cü gününü 1 məşqlə yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan hazırlıq günün ikinci yarısında gerçəkləşib.
Məşq zamanı komanda əsasən toplu çalışmalara üstünlük verib, həmçinin müxtəlif fiziki terminlər yerinə yetirib. (klub saytı)
