MOİK Şərurspora qalib gəlib, üçüncü oldu
Bu gün AFFA və PFL tərəfindən təşkil olunan qış kubokuna yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə də bir görüş baş tutub.
Bu dəfə iki birinci divizion klubu üz-üzə gəlib. Belə ki, 1 xala malik MOİK və "Şərurspor" sonuncu olmamaq uğrunda mübarizə aparıb.
Qeyd edək ki, "Neftçi" çempionluğu özü üçün daha erkən təmin etmişdi. AZAL-ın da ikinci yeri tutduğu dəqiqləşmişdi. "Şərurspor" - MOİK cütünün qalibi isə həm də turnirin bürünc mükafatçısı olacaqdı. Bu uğura MOİK imza atıb. "Hərbçilər" rəqibini darmadağınla məğlub edərək, üçüncü yeri tutub.
24 yanvar
"Şərurspor" - MOİK - 0:3 (0:1)
Bakı. "Bayıl Arena".
Əvvəlki oyunların nəticələri:
"Neftçi" - AZAL - 1:0
"Neftçala" - "Şərurspor" - 2:2
AZAL - MOİK - 2:0
“Neftçi” - “Neftçala” - 1:1
AZAL - "Şərurspor" - 3:2
MOİK - "Neftçi" - 1:2
MOİK - "Neftçala" - 1:1
"Şərurspor" - "Neftçi" - 2:3
AZAL - "Neftçala" - 3:1
Turnir cədvəlindəki vəziyyət belədir: "Neftçi" - 10 (4 oyun), AZAL - 9 (4), MOİK - 4 (4), "Neftçala" - 3 (4), "Şərurspor" - 1 (4).
