23 yanvar 2016 18:40

Zaur Svanadze: İnterin 2-ci pillədəki yerini qoruması çətin olacaq

"İnter"in baş məşqçisi Zaur Svanadzenin azerisport.az saytına müsahibəsi

- Qazaxıstan "Atırau"suna qarşı keçirdiyiniz son yoxlama oyununuzla (0:0) bağlı nə deyə bilərsiniz?
- Əfsuslar olsun ki, yenə bir futbolçumuz bu oyunda zədə aldı. Bütövlükdə, toplanış dövründə bir neçə oyunçumuzu itirdik. Mirhüseyn Seyidov zədəli idi. İndi də İlkin Qırtımov sıradan çıxdı. Matça gəlincə, pis oynamadığımızı düşünürəm.

- Bəs bütövlükdə, toplanışı necə qiymətləndirərdiniz?
- Bütövlükdə, normal toplanış keçdik. Baxmayaraq ki, yoxlama oyunlarında rəqib qapılarına bir dənə də qol vura bilmədik.

- Belə görünür ki, Rauf Əliyevin sıraya dönməsini gözləmək lazım gələcək?
- Raufun sıraya dönməsinə hələ çox vaxt qalır. Təxminən, iki ay gözləməliyik.

- Deməli, müdafiə və yarımmüdafiə xətti normaldır, hücumda isə problemlər var?
- Problem sadəcə, qol vura bilməməyimizdir. Hücumlarımızı qolla tamamlaya bilməməyimiz bizi narahat edir. Buna baxmayaraq, demək olar ki, mövsümün qalan hissəsinə hazırıq. Qol vurmağa da başlayandan sonra hər şey daha yaxşı olacaq.

- Yeni futbolçular - Kamran Ağayev, Vüqar Nadirov və Qara Qarayevin durumu necədir?
- Onlar tədricən bizim oyun üslubumuza alışırlar. Amma hər birinə müəyyən vaxt lazımdr. Kamranda problem yoxdur. Amma Vüqar bizim oyun stilimizə uyğunlaşmalıdır. Zamanla hər şeyin qaydasına düşəcəyinə inanıram.

- Yəqin ki, fasilə müddətində mövsümün qalan hissəsi üçün hədəflərinizi də müəyyənləşdirməyə vaxtınız oldu...
- İkinci pillədə qalmağımız çox çətin olacaq. Rəqiblərimiz az deyil. Amma biz layiqli çıxış etməyə çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.