Qarabağ Avstriya və Polşa klublarına uduzdu
Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" bu gün Antalyadakı hazırlıq prosesini iki yoxlama oyunu ilə yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun ilk rəqibi Avstriya təmsilçisi olan "Admira Vakker" olub. Ağdam klubu bu görüşdə 3 qol vurmasına baxmayaraq, meydanı məğlub tərk edib.
Növbəti rəqib isə Polşa təmsilçisi "Yagelloniya" klubu olub. Qurban Qurbanovun komandası bu matçdan da məğlub ayrılıb.
Xatırladaq ki, "Qarabağ" daha öncə Almaniyanın "Rot Vayss" (Essen) klubuna 1:0, Macarıstan "Diosqyor"una isə 4:0 hesabıyla qalib gəlmişdi.
Yoxlama oyunu
23 yanvar
"Qarabağ" - "Admira Vakker" - 3:4 (1:2)
Qollar: Cavid Tağıyev, 14 (1:0). Elvin Məmmədov, 54 (2:2). Q.Qarayev, 88 (3:4).
"Qarabağ"ın start heyəti: Fərhad Vəliyev, Elvin Yunuszadə, Elgün Uluxanov, Namiq Yusifov, İlqar Qurbanov, Əfran İsmayilov, Migel Markos, Mahir Mədətov, Əlhərbi Jadeyui, Elvin Məmmədov, Cavid Tağıyev.
"Qarabağ" - "Yagelloniya" - 0:1 (0:0)
"Qarabağ"ın start heyəti: İbrahim Şehiç, Bədavi Hüseynov, Ansi Aqolli, Maksim Medvedev, Rəşad Sadı1ov, Coşqun Diniyev, Rahid Əmirquliyev, Mahir Mədətov, Dani Kintana, Muarem Muarem, Riçard Almeyda.
