23 yanvar 2016 18:00
Qurban Qurbanov bir gündə iki yoxlama oyunu keçirməklərinin səbəbini açıqladı
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Antalyadakı təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyunu keçirmək zərurətinin haradan qaynaqlandığına aydınlıq gətirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bunlar bizim Premyer Liqanın bərpası ərəfəsində son oyunlarımız olacaq. Digər oyunlarda uşaqların çoxu 65-70 dəqiqə top qovurdularsa, bu gün az oynayanların hər birinin daha çox mübarizə aparmaq şansı olacaq. Ona görə də bir gündə iki yoxlama matçı keçirməyə qərar verdik".
Qeyd edək ki, "Qarabağ" bu gün öncə Avstriyanın "Admira Vakker", daha sonra isə Polşanın "Yagelloniya" klubu ilə qarşılaşacaq.
