23 yanvar 2016 17:40
Fərid Quliyev: Yeni klubum çempionluq uğrunda mübarizə aparır
Azərbaycan yığmasının hücumçusu Fərid Quliyev Türkiyənin həvəskarlar liqasında çıxış edən "Yozqatspor 1959" klubuna keçməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Ümid edirəm ki, yeni komandama fayda verə biləcəyəm. Bildiyimə görə, komandamız çempionluq uğrunda mübarizə aparır. Çempionluq yolunda komandama kömək etmək üçün əlimdən gələni edəcəyəm. Allah eləsin ki, mövsümün sonunda üçüncü liqaya çıxa biləcəyik".
