23 yanvar 2016 17:00
Erat qol vurdu, Fortuna qalib gəldi
Almaniyanın "Fortuna" klubunun U-23 komandası yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası digər Almaniya klubu "Şprokhefel"lə qarşılaşıb.
Oyun Düsseldorf təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat fasilədə əvəzlənib. O, bu 45 dəqiqə ərzində komandasının ikinci qolunun müəllifi olmağa da imkan tapıb.
