23 yanvar 2016 15:40

Rasim Ramaldanov: XL-dən pulumu tələb etməkdə məna görmürəm

Azərbaycan yığmasının sabiq müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi

- "Xəzər Lənkəran"dan ayrılandan sonra özünüzə klub tapa bilmirsiniz. Günləriniz necə keçir?
- Vaxtımı ailəmlə keçirirəm. Həm də fərdi qaydada məşq edirəm ki, formada qalım. Özümə yeni klub tapanda hazır olmaq istəyirəm.

- Klubların yanvar toplanışı artıq başa çatmaq üzrədir. Düşünmürsünüz ki, heç bir klubun toplanışında iştirak etməməyiniz sizə mənfi təsir göstərəcək?
- Bəli, razıyam. Amma fiziki cəhətdən mənə çox da çətin olmayacaq. Çünki özümü bu baxımdan tam hazır hiss edirəm.

- "Xəzər Lənkəran"a qayıdacağınız gözlənilirdi. Buna nə mane oldu?
- Bəli, "Xəzər Lənkəran" mənə yeni təklif göndərmişdi. Sadəcə, mən hazırda digər variantları düşünürəm. Digər tərəfdən, "Xəzər Lənkəran"ı bu vəziyyətdə görmək istəməzdim. Çünki bu komanda həmişə iddialı olub.

- Klubdan gedərkən sizə borclarının qaldıqlarını bildirmişdiniz. Nə qədər alacağınız var?
- Borc var. Amma həmin məbləği açıqlamaq istəməzdim.

- Həmin borc ödənilsə, "Xəzər Lənkəran"a qayıdacaqsınız?
- İndi klub heç də yaxşı günlərini yaşamır. Ona görə də "Xəzər Lənkəran"dan pulumu tələb etməkdə məna görmürəm.

- "Qəbələ", "Kəpəz", "Zirə" və "Neftçi"yə də keçəcəyiniz iddia olunurdu. Bu klublardan hansınasa keçidiniz hələ də mümkündür?
- Dəqiq bir fikir söyləyə bilmərəm. Nə olacaqsa, olacaq.

- Türkiyəyə getmək variantı da var idi...
- Türkiyə klubları ilə danışıq aparıram. Amma birinci divizion klublarıdır. Hələ ki, onlardan cavab gözləyirəm.

- Sizə elə gəlmir ki, bundan sonra Azərbaycan yığmasına da dəvət almayacaqsınız?
- Ola bilər. Amma "Xəzər Lənkəran"dakı son oyunlarım da göstərdi ki, mən demək olar ki, tam forma yığmışam. Ən azından milliyə dəvət ala bilərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.