23 yanvar 2016 13:40
Qarabağın futbolçuları milli komandamızın düşərgəsini tərk etdi
"Qarabağ"ın futbolçuları Azərbaycanın gənclərdən ibarət yığma komandasının düşərgəsini tərk ediblər. Azerisport.az xəbər verir ki, söhbət qapıçı Şahruddin Məhəmmədəliyevlə müdafiəçi Azər Salahlıdan gedir.
Məlum olduğu kimi, "Qarabağ" Antalyada təlim-məşq toplanışında olduğu halda, U-21 yığmamız da "Antalya Kuboku" turnirində qüvvəsini sınayır. Şahruddinlə Azər millinin düşərgəsini müvəqqəti tərk edib və yenidən U-21-in heyətinə qayıdacaq. Onların "Qarabağ"ın düşərgəsinə qayıtmasına səbəb isə Ağdam klubunun bu gün iki yoxlama oyunu keçirməsidir. İstisna deyil ki, bu iki gənc futbolçu da həmin oyunlarda meydana çıxsın.
Qeyd edək ki, "Qarabağ" bu gün Avstriyanın "Admira Vakker", eləcə də Polşanın "Yagelloniya" klubu ilə yoxlama matçı keçirəcək.
