23 yanvar 2016 13:20
Yığmamızın sabiq forvardı Türkiyə klubunda
Azərbaycan yığmasının sabiq hücumçusu Fərid Quliyev bundan sonra karyerasını Türkiyədə davam etdirəcək. Azerisport.az xəbər verir ki, mövsümün əvvəlini "Rəvan"da keçirmiş futbolçu qardaş ölkənin həvəskarlar liqasında çıxış edən "Yozqatspor 1959" klubuna keçib.
Tərəflər mövsümün sonunadək müqavilə imzalayıblar.
