23 yanvar 2016 12:30
Azərbaycanın rəqibləri qalibi müəyyənləşdirə bilmədilər
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının Türkiyədə təşkil olunan "Antalya Kuboku"ndakı rəqibləri arasında görüş baş tutub. Azerisport.az xəbər verir ki, millimizin Ukrayna ilə qarşılaşdığı gündə Albaniya da Səudiyyə Ərəbistanı ilə qarşılaşıb.
Bu oyunda tərəflər hərəyə bir dəfə fərqlənsələr də, qalibi müəyyənləşdirə bilməyiblər - 1:1.
Xatırladaq ki, turnirin açılış matçında millimiz Ukraynaya 2:1 hesabıyla qalib gəlmişdi.
